Ali Məhkəmə Trampın fərmanını rədd etdi
Far.Az xəbər saytı

Ali Məhkəmə Trampın fərmanını rədd etdi


ABŞ Ali Məhkəməsi iyunun 30-da doğum yerinə əsaslanan vətəndaşlıq hüququnun ləğv edilməsindən imtina edib və Prezident Donald Trampın doğum yerinə görə ABŞ vətəndaşlığının verilməsinin faktiki olaraq dayandırılmasını nəzərdə tutan fərmanını Konstitusiyaya zidd hesab edib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ Ali Məhkəməsinin rəsmi internet saytında iyunun 30-da dərc olunan qərara əsasən, məhkəmə ABŞ ərazisində doğulan qeyri-qanuni miqrantların və ölkədə müvəqqəti yaşayan şəxslərin uşaqlarının ABŞ vətəndaşlığı almaq hüququnu təsdiqləyib.

Ali Məhkəmənin sədri Con Roberts həm mühafizəkar, həm də liberal hakimlərin daxil olduğu çoxluğun adından qərarı yazıb. Donald Trampın fərmanının qüvvədən düşməsinin lehinə altı hakim səs verib. Üç mühafizəkar hakim - Klarens Tomas, Semyuel Alito və Nil Qorsuç isə qərara etiraz ediblər.

"Vətəndaşlıq həm keçmişdə, həm də bu gün hüquqlara sahib olmaq, siyasi həyatımızda sərbəst iştirak etmək imkanı deməkdir. ABŞ Konstitusiyasına On dördüncü düzəlişin müəllifləri bu hüququ "bu ölkədə azad doğulan hər bir insana" şamil ediblər. Biz bu vədi bu gün də yerinə yetiririk", - deyə Con Roberts məhkəmə adından bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər