QDTİB AZAL ilə müqavilə imzalayıb
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və "Azərbaycan Hava Yolları" QSC (AZAL) arasında müqavilə imzalanıb.
Far.Az report-a istinadən xəbər verir ki, bunu QDTİB-in prezidenti Serhat Köksal bankın Rəhbərlər Şurasının Bakıda keçirilən 28-ci İllik Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Ötən gün biz AZAL ilə müqavilə imzaladıq. Gələcəkdə energetika sahəsində günəş elektrik stansiyalarına investisiyaları maliyyələşdirəcəyik. Hazırda təfərrüatları təqdim edə bilmərik, lakin danışıqlarımız davam edir. Biz Azərbaycanda logistika, turizm və təhsil daxil olmaqla, bir çox sahələrdə layihələrin həyata keçirilməsi üçün maliyyə cəlb edəcəyik", - o qeyd edib.
Onun sözlərinə görə, bankın məqsədi həm Azərbaycanın, həm də digər ölkələrin inkişafını təmin etmək, eləcə də onlar arasında ticarəti zənginləşdirməkdir:
"Bu baxımdan Azərbaycan hökuməti tərəfindən böyük dəstək görürük. Biz bank olaraq Azərbaycan iqtisadiyyatı üçün əlimizdən gələni edirik və etməyə davam edəcəyik".
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Serhat Köksal: "QDTİB Orta Dəhliz boyunca səmərəli layihələri maliyyələşdirmək niyyətindədir" - MÜSAHİBƏ
Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib
-
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
-
UEFA Superkubokunun qalibi müəyyənləşib













