"Bank of Baku"dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasına xüsusi önəm verən "Bank of Baku" ASC növbəti ekoloji layihəsini reallaşdırıb.
Belə ki, Bank tərəfindən 1 iyul tarixində Xəzər dənizinin Bilgəh sahilində ərazinin tullantılardan təmizlənməsi aksiyası həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə baş tutan aksiyada "Bank of Baku" əməkdaşları ekokönüllülər ilə birlikdə ərazini plastik, şüşə, polietilen və digər zərərli məişət tullantılarından təmizləyiblər.
Aksiyanın əsas məqsədi Xəzər dənizinin və sahilyanı ərazilərin çirklənməsinin qarşısını almaq, cəmiyyətdə ekoloji mədəniyyəti, ətraf mühitə qayğı hissini təşviq etməkdir.
Qeyd edək ki, "Bank of Baku" "Təbiətə Yaxın Bankçılıq" şüarı altında ətraf mühitin qorunmasına yönəlik yaşıl təşəbbüsləri daimi olaraq həyata keçirir. Bank tərəfindən ötən illərdə də təmizlik aksiyaları təşkil edilib və ümumilikdə 1 tona yaxın tullantının toplanılmasına nail olunub.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku
Oxşar xəbərlər
Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahilinin neft tullantılarından təmizlənməsi davam etdirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













