QDTİB prezidenti Azərbaycana investisiyaların artırılmasına dair planları elan edib
Far.Az xəbər saytı

QDTİB prezidenti Azərbaycana investisiyaların artırılmasına dair planları elan edib


Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycana investisiyaları artırmağı, daha çox birgə layihə həyata keçirməyi və genişlənməyə, innovasiyaların tətbiqinə və beynəlxalq bazarlara çıxışa yönələn biznesə dəstəyi gücləndirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə QDTİB prezidenti Serhat Köksal Bakıda Bankın Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.

"Azərbaycan ilə əməkdaşlıq artıq 20 ildən çoxdur ki, davam edir. Bu, qarşılıqlı etimada, birgə məqsədlərə və özəl sektorun inkişafının transformasiyaedici potensialına olan ortaq inama əsaslanır. Bütün bu dövr ərzində QDTİB müxtəlif sahələrdə - maliyyə institutları və sənaye istehsalından tutmuş ticarət və enerji sektoruna qədər olan layihələrə dəstək göstərib, yeni iş yerlərinin yaradılmasına, rəqabətqabiliyyətinin artmasına və dayanıqlı iqtisadi inkişafa kömək edib", - o vurğulayıb.

XƏBƏR YENİLƏNİR

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Serhat Köksal: "QDTİB Orta Dəhliz boyunca səmərəli layihələri maliyyələşdirmək niyyətindədir" - MÜSAHİBƏ
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Serhat Köksal: "Azərbaycan iqtisadi inkişafının ən mühüm mərhələsini yaşayır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər