Anomal istilər Aİ iqtisadiyyatına hər gün milyardlarla avro ziyan vurur
Far.Az xəbər saytı

Anomal istilər Aİ iqtisadiyyatına hər gün milyardlarla avro ziyan vurur


Avropada müşahidə olunan anomal isti hava şəraiti Avropa İttifaqı iqtisadiyyatına gündəlik təxminən 5 milyard avro ziyan vurur.

Far.Az xəbər verir ki, bu barədə müstəqil sənaye eksperti Leonid Xazanov "Prime" agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ziyanın əsas səbəblərindən biri elektrik enerjisinin qiymətinin kəskin bahalaşmasıdır. Ekspert qeyd edib ki, isti hava demək olar ki, bütün sahələrə mənfi təsir göstərir.

Bildirilib ki, quraqlıq və yüksək temperatur səbəbindən buğda və arpa əkinləri məhv olur, meşə yanğınları geniş əraziləri əhatə edir. Həmçinin həddindən artıq istilər dəmir yolu xətlərinin deformasiyasına səbəb olur ki, bu da qəza riskini artırır.

Hazırda Cənubi və Qərbi Avropa ölkələri, o cümlədən İspaniya, Portuqaliya, Fransa, İtaliya və Yunanıstan isti hava dalğasından ən çox zərər görən regionlar hesab olunur. Bir sıra ölkələrdə açıq havada işləməyə məhdudiyyətlər tətbiq edilir, əhaliyə xəbərdarlıqlar edilir və yaşlılar, uşaqlar, eləcə də xroniki xəstəlikləri olan şəxslərin qorunması üçün əlavə tədbirlər görülür.

Oxşar xəbərlər

İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər