Müctəba Xamenei atasının dəfn mərasimində iştirak edəcəkmi?
İranın hazırkı ali rəhbəri Müctəba Xamenei rəsmi şəxslərə atası - sabiq ali lider Əli Xamaneinin dəfn mərasiminə qatılmaq niyyətində olduğunu bildirib.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" nəşri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki əməkdaşına və mərasimin təşkilində iştirak edən şəxsə istinadən xəbər yayıb.
Məlumata əsasən, Müctəba Xamenei iyulun 9-da Məşhəd şəhərində keçiriləcək dəfn mərasimində iştirak etməyi və atasının cənazəsi üzərində cənazə namazı qılmağı planlaşdırır.
Qəzet onu da yazıb ki, təhlükəsizlik xidmətinin nümayəndələri İsrailin mərasim zamanı ona sui-qəsd cəhdi edə biləcəyindən və ya gizləndiyi yerə qədər hərəkət marşrutunu izləyəcəyindən ehtiyatlanaraq, hələlik bu təşəbbüsü qəbul etmirlər.
Xatırladaq ki, dünən Tehranda Əli Xameneinin vida mərasimi başlayıb. Onun cənazəsi iyulun 9-da Məşhəddə İmam Rza türbəsində torpağa tapşırılacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var
-
Kuşner: Əbu-Dabidə Ukrayna üzrə danışıqların ilk günü ümidvericidir













