Şamaxıda müharibə veteranları arasında I ümumrespublika "Yenilməzlər" minifutbol yarışına start verilib
Şamaxıda 44 günlük Vətən müharibəsi veteranları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş I ümumrespublika "Yenilməzlər" minifutbol yarışı layihəsinin açılışı baş tutub.
"Far.Az" xəbər verir ki, "YAŞA Azərbaycan" təşkilatı tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-vətənpərvərlik layihəsinin ilk regional mərhələsinə Şamaxı ev sahibliyi edib.
Tədbirlər Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başlayıb.
Mərasimdə layihənin müəllifi və rəhbəri, "YAŞA Azərbaycan"ın direktoru Şahanə Quluzadə, əməliyyat məsələləri üzrə direktor Anastasiya Lavrina, yerli icra hakimiyyətinin nümayəndələri, Şamaxi rayonu Gənc Qazilər Birliyinin sədri Elvin Məmmədli, Birinci və İkinci Qarabağ müharibələrinin veteranı, Abşeron Rayon Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Abşeron rayon şöbəsinin sədri Saleh Hacıyev, eləcə də 44 günlük Vətən müharibəsinin veteranları iştirak ediblər.
Tədbirin fəxri qonaqları Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam İsmayıl Hacıyev, Azərbaycanın futbol millisinin baş məşqçisi Ayxan Abbasov olublar.
Rəsmi mərasimdən sonra şəhər stadionunda yarışların ilk regional mərhələsinə start verilib. İştirakçılar və qonaqlar layihəyə ilk qoşulan veteran komandası ilə tanış olub, onların məşq prosesini izləyiblər.
"Yenilməzlər" layihəsi veteranları idman vasitəsilə bir araya gətirən, onların fəal ünsiyyətinə, komanda ruhunun möhkəmlənməsinə və ictimai həyata daha fəal inteqrasiyasına töhfə verən uzunmüddətli sosial-vətənpərvərlik təşəbbüsüdür. Layihə Prezident İlham Əliyevin veteranlara göstərdiyi davamlı diqqət və qayğının, onların sosial rifahının və cəmiyyət həyatında fəal iştirakının dəstəklənməsinə yönəlmiş dövlət siyasətinə əlavə töhfə verməyi qarşısına məqsəd qoyur.
Oyunlar Azərbaycanın müxtəlif bölgələrində davam etdiriləcək və ölkənin müxtəlif regionlarını təmsil edən 12 veteran komandasını bir araya gətirəcək. Layihənin final mərhələsi noyabrın 8-də - Zəfər Günündə keçiriləcək və "Yenilməzlər" minifutbol yarışının qalibi müəyyənləşəcək.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Zəfər muzeyinin açılışı olub
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Röya Ayxan və Kazım Candan "Dosta" yeni sürprizi
-
Fransada Le Penin baş örtüyü planına qarşı etiraz aksiyası başlayıb
-
Seneqallı nazir "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
-
Burhanettin Duran: Türkiyə TDT-nin beynəlxalq arenada rolunu gücləndirmək niyyətindədir
-
İrandan Rusiyaya aparılan marixuana Azərbaycanda saxlanılıb
-
DSMF: 8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb













