Rusiya Kiyevə raket zərbələri endirdi: Ölənlər və yaralananlar var
Far.Az xəbər saytı

Rusiya Kiyevə raket zərbələri endirdi: Ölənlər və yaralananlar var


Rusiyanın gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə endirdiyi hava zərbələri nəticəsində azı 3 nəfər həlak olub, 7 nəfər yaralanıb.

Far.Az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

Onun sözlərinə görə, hücumlar nəticəsində paytaxtın Podil və Darnitski rayonlarında yaşayış binalarına ziyan dəyib. Hadisə yerlərində axtarış-xilasetmə əməliyyatları aparılır.

Kiyev meri Vitali Kliçko bildirib ki, zədələnmiş binalardan 15 nəfər sağ çıxarılıb. İlkin məlumata əsasən, şəhər üzrə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Tkaçenko isə açıqlamasında Rusiyanın mülki əhalini hədəf alan raket hücumlarını davam etdirdiyini vurğulayıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı da Kiyevlə yanaşı, Çerniqov, Sumı, Zaporojye, Dnepropetrovsk və Donetsk vilayətlərinə qarşı hava hücumlarının davam etdiyini açıqlayıb.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB-7
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 22-yə çatıb, 100-dən çox insan yaralanıb - YENİLƏNİB-6
Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB-5
Rusiyanın zərbəsi nəticəsində Kiyevdə ölənlərin sayı 17 nəfərə yüksəlib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər