Çinin "Tianwen-2" aparatı asteroidə çatdı
Far.Az xəbər saytı

Çinin "Tianwen-2" aparatı asteroidə çatdı


Çinin "Tianwen-2" kosmik aparatı təxminən 1 milyard kilometr məsafə qət edərək 2016HO3 asteroidinə çatıb və elmi tədqiqatlara başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Çin Milli Kosmik Administrasiyası (CNSA) məlumat yayıb.

Bildirilib ki, kosmik aparat asteroidə 20 kilometrədək yaxınlaşaraq onun ətrafında müşahidələr aparmağa başlayıb.

Qeyd edilib ki, 2025-ci il mayın 29-da orbitə buraxılan "Tianwen-2"Çinin asteroidlərdən nümunə toplamaq məqsədi daşıyan ilk kosmik missiyasıdır. Təxminən 10 il davam edəcək layihə çərçivəsində aparat əvvəlcə Yerə yaxın yerləşən 2016HO3 asteroidindən nümunələr götürəcək, daha sonra isə Mars orbitindən kənarda yerləşən əsas asteroid qurşağındakı 311P kometini tədqiq edəcək.

Məlumata görə, asteroidə yaxınlaşma zamanı əldə olunan optik naviqasiya məlumatları sayəsində onun orbiti daha dəqiq hesablanıb. Beləliklə, əvvəllər yüzlərlə kilometr təşkil edən mövqe qeyri-müəyyənliyi bir neçə kilometr səviyyəsinə endirilib.

Kosmik aparat iyunun 6-da ilk dəfə 2016HO3 asteroidini müşahidə edib, iyunun 19-da isə ona 2 min kilometrədək yaxınlaşıb.

Missiyanın növbəti mərhələsində "Tianwen-2" asteroidin forması, tərkibi və daxili quruluşu barədə daha ətraflı məlumat toplayacaq. Bu məlumatlar gələcəkdə nümunələrin götürülməsi əməliyyatlarına əsas yaradacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Lu Mey Bakı və Pekinin əməkdaşlıq prioritetləri barədə: Orta Dəhliz, yaşıl enerji və süni intellekt – MÜSAHİBƏ
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azercell-in dəstəyi ilə "RobotChallenge Azerbaijan 2026" uğurla başa çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər