Ukraynada PUA-nın zərərsizləşdirilməsi zamanı "Mi-8" helikopteri qəzaya uğrayıb, bütün heyət həlak olub
Ukraynanın "Mi-8" hərbi helikopteri Poltava vilayətində dronların zərərsizləşdirilməsi zamanı qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə bu gün UNİAN Ukraynanın Lvov vilayətinin Brodi şəhər şurasına istinadən məlumat yayıb.
"30 iyun 2026-cı ildə düşmənin pilotsuz uçuş aparatlarının (PUA) zərərsizləşdirilməsi üzrə döyüş tapşırığını yerinə yetirərkən "Mi-8" helikopterinin heyəti həlak olub", - məlumatda bildirilib.
Məlumata görə, hadisə nəticəsində kapitan Yuri Voron, mayor Valentin Mukşinov, baş leytenant Boqdan Xmel və kiçik çavuş Mixail Deryaqanın da daxil olduğu bütün heyət həlak olub.
Rusiya güc strukturlarından TASS-a verilən məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin ordu aviasiyasının 16-cı əlahiddə briqadasının helikopter eskadrilyasının şturman-pilotu Valentin Mukşinov Poltava vilayətində "Geran" zərbə dronlarının tətbiqi ilə Rusiya Ordusu tərəfindən öldürülüb.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













