Gürcüstandan azərbaycanlılar da daxil 54 əcnəbi deportasiya edilib
Far.Az xəbər saytı

Gürcüstandan azərbaycanlılar da daxil 54 əcnəbi deportasiya edilib


Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin digər müvafiq bölmələri ilə birgə həyata keçirdikləri tədbirlər nəticəsində son günlər 54 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, deportasiya edilənlər arasında Türkiyə, Türkmənistan, Rusiya, Hindistan, Azərbaycan, Belarus, Pakistan, Nigeriya, Misir, Filippin və digər ölkələrin vətəndaşları var.

Məlumata əsasən, qüvvədə olan qanunvericiliyə uyğun olaraq deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Nazirlik qeyd edib ki, qanunsuz miqrasiyaya qarşı mübarizə qurumun əsas prioritet istiqamətlərindən biridir.

Rəsmi statistikaya görə, bu ilin əvvəlindən indiyədək ümumilikdə 2 090 qanunsuz miqrant Gürcüstandan deportasiya olunub. Onlardan 232-si yanvarda, 312-si fevralda, 360-ı martda, 401-i apreldə, 340-ı mayda, 391-i isə iyunda ölkədən çıxarılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər