Bu şəxslərin beyni daha gec qocalır - ARAŞDIRMA
Bir neçə xarici dilə yiyələnmək beynin daha uzun müddət gənc qalmasına kömək edə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə fizik Dmitri Lapşin beynin bioloji yaşının müəyyən edilməsi ilə bağlı aparılan beynəlxalq araşdırmanın nəticələrinə istinadən danışıb.
Onun sözlərinə görə, tədqiqat İspaniyanın Bask bölgəsində həyata keçirilib. Araşdırmada uşaqlıqdan etibarən iki və ya daha çox dildə danışan insanların geniş yayıldığı bölgədən 728 nəfər iştirak edib.
İştirakçıların beyin fəaliyyəti maqnitoensefaloqrafiya üsulu ilə öyrənilib. Daha sonra əldə olunan məlumatlar süni intellekt alqoritmi vasitəsilə təhlil edilib. Neyroşəbəkə neyronlar arasındakı əlaqələrin vəziyyətinə əsasən beynin bioloji yaşını qiymətləndirib.
Nəticələr göstərib ki, iki dil bilən insanların beyni orta hesabla yalnız bir dildə danışanlarla müqayisədə təxminən 6 il daha gənc görünür. Üç dil bilənlərdə bu fərq 7 ilə, dörd dilə yiyələnənlərdə isə 13 ilə qədər çatıb.
Alimlər hesab edirlər ki, bu nəticə beynin daim aktiv işləməsi ilə bağlıdır. Bir neçə dildən istifadə zamanı insanın beyni davamlı olaraq dillər arasında keçid edir, diqqəti cəmləyir və lazımsız informasiyanı süzgəcdən keçirir. Bu proseslər isə idrak funksiyalarının daha fəal qalmasına kömək edir.
Bununla belə, tədqiqat müəllifləri vurğulayırlar ki, əldə olunan nəticələr yalnız statistik əlaqəni göstərir və bir neçə dil bilməyin beynin qocalmasını mütləq ləngitdiyini sübut etmir. Onların sözlərinə görə, beynin sağlamlığına genetika, qidalanma, fiziki aktivlik, həyat tərzi və digər amillər də ciddi təsir göstərir.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var
-
Kuşner: Əbu-Dabidə Ukrayna üzrə danışıqların ilk günü ümidvericidir













