"Güclü Ermənistan" blokunun 100-dən çox üzvü deputatlığa namizədliyini geri götürüb
Far.Az xəbər saytı

"Güclü Ermənistan" blokunun 100-dən çox üzvü deputatlığa namizədliyini geri götürüb


"Güclü Ermənistan" Partiyasının seçki siyahısında yer alan 100-dən çox şəxs namizədliyini geri götürmək barədə ərizə təqdim edib.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası növbəti iclasında blokun 202 namizədindən 106-nın qeydiyyatını etibarsız sayıb.

"Seçki siyahısına daxil edilən və keçid yerlərində qərarlaşmayan partiya üzvləri komanda müzakirələri nəticəsində qəbul edilmiş qərara əsasən öz potensiallarından partiyadaxili fəaliyyətdə istifadə edəcəklər", – partiyanın mətbuat katibi Marianna Kaqramanyan bildirib.

Qeyd edək ki, iyunun 7-si keçirilən seçkilərdən sonra parlamentin yeni tərkibində hakim "Vətəndaş müqaviləsi" Partiyası 64 mandat, "Güclü Ermənistan" bloku 29, "Ermənistan" bloku isə 12 mandat əldə edib.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər