Dünya Bankı: Turizmdən daha çox gəlir əldə etmək üçün yerli bizneslərin payı artırılmalıdır
Azərbaycanda turizmdən əldə olunan gəlirin daha böyük hissəsinin yerli sahibkarlara çatması üçün yeni turizm məhsulları inkişaf etdirilməlidir.
"Far.Az" xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə baş iqtisadçısı Vael Mansur Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirin sual-cavab sessiyasında deyib.
Onun sözlərinə görə, mədəniyyət, sağlamlıq, təbiət və ekoturizm, eləcə də MICE (işgüzar görüşlər) turizmi üzrə dəyər zəncirləri daha dərindən inkişaf etdirilməlidir.
"Yerli bizneslər turistlərin xərclərindən daha çox faydalanmalıdır. Bunun üçün hökumət məqsədyönlü siyasət həyata keçirməli, yeni turizm məhsulları yaratmalı, insan resurslarını hazırlamalı və hədəf bazarlarda marketinq kampaniyalarını gücləndirməlidir", – deyə o qeyd edib.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













