Hörmüz boğazındakı son proseslər müzakirə olunub - YENİLƏNİB
İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə və omanlı həmkarları Hakan Fidan ilə Bədr əl-Busaidi, həmçinin Pakistan Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirlə ayrı-ayrılıqda telefonla danışıb.
"Report" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Hakan Fidanla söhbət zamanı bölgədəki son proseslər və atəşkəslə bağlı vəziyyət müzakirə edilib.
Bununla yanaşı, Əraqçi Bədr əl-Busaidi ilə Hörmüz boğazındakı son proseslər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Əraqçi və əl-Busaidi regional məsələlərin həlli və gərginliyin artmasının qarşısının alınması üçün diplomatik potensialdan istifadə edilməsinin, təmasların və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Əraqçi Pakistanın Quru Qoşunlarının Komandanı Asim Munirlə ABŞ və İran arasında gərginliyin artmasından sonra bölgədəki son prosesləri müzakirə ediblər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, tərəflər görüş zamanı regionda baş verən son hadisələri və atəşkəslə bağlı mövcud vəziyyəti müzakirə ediblər.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













