Samvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldı
Far.Az xəbər saytı

Samvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldı


İrəvanın Antikorrupsiya Məhkəməsi "Güclü Ermənistan" Partiyasının lideri Samvel Karapetyanın ev dustaqlığı müddətini daha iki ay uzadıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə hakim Vahe Dolmazyan bəyan edib.

Dustaqlıq müddətinin uzadılması barədə vəsatəti ittiham tərəfi qaldırıb. Prokurorun fikrincə, Karapetyan sənədlər araşdırılana və şahidlər dindirilənədək ev həbsində qalmalıdır.

Xatırladaq ki, Karapetyan aprel ayında həbsdən azad edilmək üçün 10 milyon dollardan çox girov ödəyib. O, 2025-ci ilin iyununda hakimiyyətlə kilsə arasında qarşıdurma fonunda Erməni Apostol Kilsəsinə açıq dəstək verdikdən sonra həbs olunub. Karapetyan özünü təqsirli bilməyərək hakimiyyətin hərəkətlərini siyasi təzyiq adlandırıb.

Daha sonra Karapetyana qarşı Ermənistan Cinayət Məcəlləsinin "Xidməti səlahiyyətlərdən və ya onlardan irəli gələn nüfuzdan istifadə etməklə külli miqdarda pul yuyulması" maddəsi ilə yeni ittihamlar irəli sürülüb.

O, 2025-ci ilin dekabrında ev dustaqlığına buraxılmışdı.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
Xarici diplomatlar Şuşada Qazançı kilsəsinə baş çəkib
Ceyhun Bayramov Vatikan Apostol Kitabxanasında olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər