Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini keçib
Venesuelada baş vermiş güclü zəlzələ qurbanlarının sayı artaraq 4 118 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Bolivar Respublikasının Milli Assambleyasının (parlamentinin) rəhbəri Xorxe Rodriqes "Telegram" kanalında bildirib.
Hesabata əsasən, 16 740 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, daha 17 907 sakin isə evsiz qalıb.
190 tikili tamamilə dağılıb, 856 binaya isə ciddi ziyan dəyib. Axtarış-xilasetmə işləri çərçivəsində 6 462 nəfəri xilas etmək mümkün olub, xəstəxanalarda və müalicə müəssisələrində 29 966 nəfər tibbi yardım alıb. 86 794 ailəyə dəstək göstərilib, fəlakət zonasına 9 766 ton ərzaq çatdırılıb.
Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında yeraltı təkanlar Venesuelanı sarsıdıb. Təxminən 40 saniyəlik intervalla 7,2 və 7,5 maqnitudalı iki zəlzələ qeydə alınıb. Hər iki zəlzələnin episentri Yarakuy ştatının ərazisində, bir-birindən 10 km məsafədə yerləşib.
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Şükürbəyli kəndində daha 46 ailəyə evlərinin açarları təqdim olunub
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
"Qarabağ" Kamilo Duranla vidalaşdı
-
4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək
-
Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzaların sərtləşdirilməsi son oxunuşda qəbul edilib
-
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib













