İran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib.
"Far.Az" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib.
"Halbuki 2231 saylı qətnamə hüquqi baxımdan faktiki olaraq mövcud deyil", - Bəqai vurğulayıb və qətnamənin müddətinin 18 oktyabr 2025-ci ildə bitdiyini xatırladıb.
İran XİN sözçüsünün fikrincə, məhz buna görə BMT Baş katibi Antonio Quterreşin qətnamənin icrası ilə bağlı hər hansı bir hesabat verməsi mənasızdır və hüquqi əsası yoxdur. O iclas zamanı Çin və Rusiyanın bu müzakirələrə etiraz etdiyinə diqqət çəkərək, ABŞ ilə İsrailin İranın nüvə obyektlərini bombalayan zaman BMT TŞ və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) susduğunu tənqid edib.
Məlumat üçün qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) 2015-ci ildə qəbul etdiyi 2231 saylı qətnamə İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planını təsdiqləyərək, əvvəlki sanksiyaları ləğv edib. Sənəd, razılaşmanın şərtləri pozulduğu təqdirdə sanksiyaların avtomatik bərpasını nəzərdə tuturdu. Qətnamənin müddəalarının rəsmi olaraq başa çatmasına baxmayaraq, nüvə öhdəliklərinin yerinə yetirilməməsi səbəbilə BMT TŞ sözügedən mexanizmi işə salıb.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
"Qarabağ" Kamilo Duranla vidalaşdı
-
4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək
-
Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzaların sərtləşdirilməsi son oxunuşda qəbul edilib
-
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
-
İspaniyada meşə yanğınında 12 nəfər ölüb













