Ukraynanın Baş naziri istefa verəcək
Far.Az xəbər saytı

Ukraynanın Baş naziri istefa verəcək


Ukraynada yenilənmiş siyasi strategiyanın həyata keçirilməsini təmin etmək məqsədilə kadr dəyişikliklərinə başlanılacaq.

"Far.Az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

"Ukrayna öz siyasi strategiyasını dəyişir. Hər bir prioritet xarici siyasət istiqamətinə liderlər səviyyəsində razılaşdığımız və Ukrayna xalqının gözlədiyi məsələləri həyata keçirməyə qadir olan, böyük təcrübəyə malik konkret şəxs cavabdeh olacaq", – deyə o, öz teleqram kanalında yazıb.

Onun sözlərinə görə, siyasi strategiyadakı dəyişikliklər daxili siyasətə də təsir edəcək.

"Ukraynada yenilənmiş siyasi strategiyanın həyata keçirilməsinə zəmanət verməli olan kadr dəyişiklikləri də başlayacaq. Biz təfərrüatları Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə müzakirə etdik. Belə qənaətə gəldik ki, dəyişikliklər üçün Nazirlər Kabinetinin yenilənməsi zəruridir. Mən Baş nazir postunda dəqiq, sabit və səmərəli işinə, Ukrayna komandasında illərlə göstərdiyi məhsuldar fəaliyyətinə görə Yuliyaya minnətdaram və ona əsas tərəfdaşla münasibətlərdə yeni vacib istiqamətə rəhbərlik etməyi təklif etdim", – deyə Ukrayna lideri bildirib.

Ukrayna Prezidenti, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərliyində dəyişikliklərin olacağını bildirib, lakin bununla bağlı əlavə məlumat verməyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər