IMF Serbiya iqtisadiyyatı barədə müsbət proqnoz verib
Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına əsasən, Serbiyanın 2031-ci ilədək Avropanın ən sürətlə inkişaf edən beş iqtisadiyyatından biri olacağı gözlənilir.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın Baş naziri Curo Matsut "TV Prva" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, ölkə iqtisadiyyatının sabitliyini təsdiqləyir və EXPO sərgisi ölkənin gələcək iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən biri olacaq.
"Beynəlxalq Valyuta Fondunun proqnozları makroiqtisadi sabitliyin, eyni zamanda iqtisadiyyatımızın müxtəlif çağırışlara uyğunlaşmaq qabiliyyətinin nəticəsidir".
Baş nazir onu da diqqətə çatdırıb ki, EXPO kimi tədbir indiyədək Avropanın bu hissəsində heç vaxt təşkil olunmayıb. O vurğulayıb ki, söhbət indiyədək keçirilmiş ən böyük və texniki baxımdan ən mürəkkəb ixtisaslaşmış sərgidən gedir.
Bu arada Serbiya Prezidenti Aleksandar Vuçiç Surçindəki EXPO tikinti sahəsinə baxış keçirib. "Biz böyük işlər görürük. Qorxularıma və daim "Vaxtında başa çatdıra biləcəyikmi?" sualını verməyimə baxmayaraq, hazırda tunelin sonunda işığı gördüyümü deyə bilərəm. Böyük zəhmət və əzmlə bütün maneələri aşacaq və Serbiyanı dünyaya mümkün olan ən yaxşı şəkildə təqdim edəcəyik",-deyə Serbiya Prezidenti vurğulayıb.
Qeyd edək ki, EXPO 2027 gələn il Serbiyanın paytaxtı Belqradda baş tutacaq qlobal sərgidir. Bu, Cənub-Şərqi Avropada keçiriləcək ilk Ümumdünya Sərgisidir. Tədbir çərçivəsində 120-dən çox ölkənin qlobal problemləri və gələcək baxışları müzakirə etmək üçün bir araya gəlməsi gözlənilir.
Oxşar xəbərlər
Leyla və Arzu Əliyevalar "Urban Expo" sərgisi ilə tanış olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdəki Bakı-Batumi neft kəmərinin ötürücü nasos stansiyası mədəniyyət abidələri siyahısına daxil edilə bilər
-
Ağ Evin Jurnalistlər Assosiasiyası NYT əməkdaşlarının məhkəməyə çağırılmasını tənqid edib
-
Mir Şahin Ağayev və Radik İsmayılov "Media Masası"nda
-
İsrail Livanda "Hizbullah"a silah daşıyan radikallara zərbə endirib
-
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 333 nəfərə çatıb
-
V "Cyber Summer School 2026" kiber düşərgəsi başa çatıb













