ABŞ ordusu İrana növbəti zərbələri başa çatdırıb - YENİLƏNİB
Far.Az xəbər saytı

ABŞ ordusu İrana növbəti zərbələri başa çatdırıb - YENİLƏNİB


Amerika hərbçiləri İrandakı hədəflərə zərbələr endirməyi başa çatdırıb, hücum zamanı onlarla hədəf vurulub.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.

"CENTCOM İranın Hörmüz boğazından keçən beynəlxalq gəmiçiliyə hücumları davam etdirmək imkanlarını zəiflətmək məqsədilə yüksəkdəqiqlikli sursatların köməyi ilə bir neçə yerdə onlarla hədəfi vuraraq İrana qarşı yeni hücum zərbələri dalğasını başa çatdırıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, zərbələr zamanı ABŞ Silahlı Qüvvələri qırıcılar, gəmilər və dronların köməyi ilə İranın hava hücumundan müdafiə sistemlərini, sahil radarlarını, eləcə də katerlərini vurub. Bu zaman ilk dəfə olaraq zərbə tipli dəniz dronlarından istifadə edilib.

ABŞ Silahlı Qüvvələri bazar ertəsinə keçən gecə İran ərazisindəki hədəflərə yeni zərbələr seriyası endirməyə başlayıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Şərq sahilinin vaxtı ilə (bazar günü) saat 17:00-da (Bakı vaxtı ilə bazar ertəsi saat 01:00-da - red.) CENTCOM bölmələri Hörmüz boğazından sərbəst keçən ticarət gəmilərinə və dinc dənizçilərə zərbə endirmək qabiliyyətini daha da zəiflətmək məqsədilə İrana əlavə zərbələr endirməyə başlayıb. Əmr ali baş komandan tərəfindən verilib", - paylaşımda qeyd olunub.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər