MM "Dövlət satınalmaları haqqında" qanun layihəsini qəbul edib
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət satınalmaları haqqında" qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi son oxunuşda qəbul edilib.
"Report" xəbər verir ki, yeni qanunla qeyri-rezident təchizatçıların icra və avans təminatı öhdəliklərindən azad edilməsi mexanizmi müəyyənləşir.
Dəyişikliyə əsasən, qeyri-rezident hüquqi və ya fiziki şəxslər satınalma təklifləri ilə birlikdə icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilmələri üçün satınalma komissiyasına əsaslandırılmış müraciət edə biləcəklər.
Həmçinin, satınalma komissiyası bir mənbədən satınalma metodu tətbiq edilərkən, qeyri-rezident şəxslər tərəfindən bu təminatların ödənilməsinin mümkünsüzlüyünü müəyyən etdikdə (öz təşəbbüsü və ya daxil olan müraciət əsasında), satınalan təşkilat 10 iş günü müddətində müvafiq dövlət qurumuna müraciət edəcək.
Müvafiq qurum isə nəzarət orqanının təklifləri əsasında 20 iş günü müddətində xarici təchizatçının icra və (və ya) avans təminatından azad edilməsi yaxud bundan imtina olunması barədə yekun qərar verəcək. Azad edilmə barədə qərar qəbul edildiyi tarixdən sonrakı 12 ay ərzində eyni satınalan təşkilat tərəfindən həmin təchizatçıdan eyni predmet satın alınarsa, yeni qərarın alınması tələb olunmayacaq.
Oxşar xəbərlər
Cinayət və İnzibati Xətalar Məcəllələrində satınalmalara dair dəyişikliklər qüvvəyə minib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycanda dövlət satınalmaları ilə bağlı qanunvericilik təkmilləşdirilir
Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda tanınmış musiqiçi vəfat edib
-
Gəncədə zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
-
Ot tayaları yandı, yük maşını yararsız hala düşdü
-
Omanda zədələnən GFS Galaxy gəmisinin dənizçiləri xilas edilib
-
Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurub
-
Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi













