Ekspert: "Təhlükəsizliyin təmin olunması iqtisadi dəyər yaradır"
Təhlükəsizliyin təmin olunması iqtisadi dəyər yaradır.
"Far.Az" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov Bakıda keçirilən "Təhlükəsiz mobilliyə doğru" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, insanlar çox vaxt təhlükəsizliyə çəkilən xərci əlavə xərc kimi qəbul edir, halbuki, bu sonradan iqtisadi dəyər yaradır: "Təhlükəsizlik təmin olunan zaman qəzalar, sığorta və səhiyyə xərcləri, biznesin itkiləri azalır. Yəni bu, həm də bir iqtisadi dəyər məsələsidir və investisiya mühiti formalaşdırır. Burada məsələ hansısa bazar iştirakçısının mənafeyinin müdafiəsi deyil, sözün həqiqi mənasında ölkə iqtisadiyyatına və istehlakçılara, biz vətəndaşlara fayda ola biləcək ədalətli bir mühitin formalaşmasıdır. Birmənalı şəkildə, əgər biz hansısa bir tərəfi dəstəkləmiş olsaq, bu, qısa müddətdə hər hansı ciddi fəsad verməz. Amma orta və uzunmüddətli dönəmdə dövlətdən ən adi istehlakçıya qədər ciddi şəkildə mənfi fəsadlar verə bilər".
"Məqsədimiz rəqabət mühitinin, daha doğrusu, haqlı rəqabət mühitinin dəstəklənməsidir. Haqlı rəqabət mühitinin dəstəklənməsi üçün düşünürəm ki, qanunvericilik bazasında müxtəlif aktlar üzrə kifayət qədər əsaslı müddəalar var. Sadəcə, müəyyən bazar iştirakçılarının bu müddəalardan yayınmağa cəhd etməsi nəticəsində ədalətsiz bir rəqabət mühiti formalaşır. Bu isə nəticədə rəsmi distribütorlara zərər verir, ən böyük zərəri istehlakçıya vurur, ölkədə təhlükəsizlik məsələlərinə, insanların səhhətinə və sairəyə mənfi təsir göstərir. Bu kontekstdə bizim və bütövlükdə dövlətin marağı qanunvericiliyin tələbinə bütün bazar iştirakçılarının bərabər əməl etməsidir. Amma birmənalı şəkildə, hansısa bazar iştirakçılarına əngəllərin yaradılması, yoxlamaların sərtləşdirilməsi və yaxud digər tərəfin daha rentabelli fəaliyyəti üçün başqa bir iştirakçının sıxışdırılması nə sizin, nə dövlətin, nə də bizim marağımızdadır", - deyə ekspert əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
-
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
Bakıya gəlmək istəyən erməni tankları
-
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb













