Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın xərcləri artıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2025-ci ili 3,934 milyon manat xalis xərclə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 4,6 % çoxdur.
Ötən il Milli Observatoriyanın göstərdiyi xidmətlərdən gəlirləri 2 min manat (əvvəlki ilə nisbətən 6,6 dəfə az), sair gəlirləri 11 min manat (153,8 dəfə çox), əmək haqqı xərcləri 2,911 milyon manat (0,8 % çox), köhnəlmə və amortizasiya xərcləri 113 min manat (7,6 % çox), icarə öhdəlikləri üzrə xərcləri 584 min manat (cüzi az), inzibati xərcləri 338 min manat (71,6 % çox), mənfəət vergisi ödəmələri isə cəmi 400 manat (4,7 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə Milli Observatoriya aktivləri 3,167 milyon manat olub ki, bu da illik müqayisədə 21,7 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 10,5 % azalaraq 17 min manata düşüb, balans kapitalı isə 21,9 % artaraq 3,149 milyon manata çatıb.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli qərarı ilə onun Nizamnaməsi təsdiq edilib. Milli Observatoriya əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması ilə məşğul olan publik püquqi şəxsdir.
Oxşar xəbərlər
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Milli Observatoriya növbəti "Sosial Jurnalistika" təlimini keçirib
AZAL-ın xalis mənfəəti 86 %-ə yaxın artıb
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya mediatur təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
-
Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
Vətəndaşa 26 min manat qaz borcu yazıldı: Məhkəmə qərarı icra olunmur
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir













