Münhendə quraqlıq səbəbindən su istifadəsinə ciddi məhdudiyyətlər tətbiq edildi
Far.Az xəbər saytı

Münhendə quraqlıq səbəbindən su istifadəsinə ciddi məhdudiyyətlər tətbiq edildi


Almaniyanın Münhen şəhərində davam edən quraqlıq və su sərfiyyatının artması səbəbindən su istifadəsinə ciddi məhdudiyyətlər tətbiq olunub.

BAKU.WS xəbər verir ki, şəhər Bələdiyyəsinin yaydığı məlumata görə, son günlərdə gündəlik su istehlakı 360 milyon litri ötüb. Halbuki normal dövrdə bu göstərici təxminən 300 milyon litr təşkil edir.

Mövcud vəziyyət nəzərə alınaraq içməli, yeraltı və səth sularından istifadəyə dair məcburi qənaət tədbirləri qüvvəyə minib.

Yeni qaydalara əsasən, şəxsi üzgüçülük və dekorativ hovuzların doldurulması, qazon və digər yaşıllıq sahələrinin suvarılması, avtomobillərin kommersiya avtoyuma məntəqələrindən kənarda yuyulması, həmçinin terras, dam, həyət və yolların su ilə təmizlənməsi qadağan edilib.

Bundan başqa, ev və həvəskar bağların saat 09:00-dan 19:00-dək suvarılmasına icazə verilməyəcək. Suya qənaət edən damcı suvarma sistemləri isə bu məhdudiyyətlərdən kənarda saxlanılıb.

Eyni zamanda göl, çay və kanallardan qeyd olunan məqsədlər üçün su götürülməsi də qadağan olunub.

Münhenin Böyükşəhər Bələdiyyəsinin meri Dominik Krauze bildirib ki, quraq keçən qış və yaz mövsümü şəhərin su ehtiyatlarına ciddi təzyiq göstərib. O, sakinləri müəyyən edilən qənaət tədbirlərinə ciddi əməl etməyə çağırıb.

Qeyd olunub ki, məhdudiyyətlər 2026-cı il avqustun 1-dək qüvvədə qalacaq. Quraqlıq davam edərsə, bu müddətin uzadılması mümkündür.

Qadağaları pozan şəxslər 50 min avroyadək cərimələnə bilərlər.

Oxşar xəbərlər

Bakıda bir sıra küçələr yağış sularından təmizlənir
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
"Eurovision–2011" qalibi ELDAR Münhendə OGAE Germany fan-klub görüşündə çıxış edib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər