Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı
Far.Az xəbər saytı

Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı


15 iyul gecəsi dost və qardaş olan Azərbaycan xalqı da Türkiyənin yanında oldu.

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda Türkiyənin 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anım tədbirində jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədəki çevriliş cəhdinə qarşı olmasına və Prezident Rəcəb Tayyib Ərdoğana göstərdiyi böyük dəstəyə görə hər zaman minnətdarıq. "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı. Bu anlayış sonradan Qarabağ müharibəsi zamanı da özünü göstərdi", - o qeyd edib.

Səfir vurğulayıb ki, tarixdən, mədəniyyətdən və ortaq dəyərlərdən gələn qardaşlıq ruhu dünən olduğu kimi, bu gün də, sabah da yaşayacaq və "bir millət, iki dövlət" prinsipinin həyata keçirilməsində mühüm rol oynayacaq.

Oxşar xəbərlər

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda tarixi UFC gecəsi: Fiziyevdən möhtəşəm qələbə - FOTOREPORTAJ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər