XRG: Cənub Qaz Dəhlizi Azərbaycan qazının Avropaya nəqli üçün strateji marşruta çevrilib
Azərbaycan təbii qazının Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə nəqli 16 ölkəni resursla təmin edərək bir sıra xarici dövlətlərin enerji təhlükəsizliyi və həyat təminatı üçün strateji əhəmiyyətə malikdir.
"Report" xəbər verir ki, bunu Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC, BƏƏ) qlobal investisiya bölməsi olan XRG-nin aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadros II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
"Bir neçə həftə əvvəl biz Cənub Qaz Dəhlizində pay əldə edərək Azərbaycanla növbəti sövdələşməni yekunlaşdırdıq. Bu layihəyə həm hasilat seqmenti, həm Gürcüstan və Türkiyə istiqamətində uzanan boru kəməri infrastrukturu, həm də xammalın bir sıra Avropa dövlətlərinə nəqlini təmin edən TANAP və TAP qaz kəmərləri daxildir", - B.Tadros qeyd edib.
O dəqiqləşdirib ki, dəhlizin ümumi buraxılış qabiliyyəti ildə 26 milyard kubmetr qaz təşkil edir.
"İllik 26 milyard kubmetr buraxılış qabiliyyəti və 16 ölkəyə xammal tədarükü nəzərə alınmaqla əminliklə demək olar ki, məhz bu dəhlizlə nəql olunan Azərbaycan qazı həmin dövlətlərin həyat fəaliyyətini və elektrik enerjisi təchizatını təmin edir", - o bildirib.
Xatırladaq ki, 3 noyabr 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərində keçirilən ADIPEC sərgisi çərçivəsində XRG tərəfindən Azərbaycan İqtisadiyyat Nazirliyindən "Cənub Qaz Dəhlizi" QSC-də pay əldə olunmasına dair hüquqi öhdəlik yaratmayan Əsas Şərtlərlə bağlı Razılaşma imzalanıb.
2014-cü ildə fəaliyyətə başlamış "Cənub Qaz Dəhlizi" QSC qaz hasilatı üzrə aktivlərdə və ümumi uzunluğu 3 500 kilometr olan boru kəməri şəbəkəsində paya malikdir. Bu infrastruktur Xəzər hövzəsindən təbii qazın Türkiyə üzərindən Cənubi Avropaya nəqlinə imkan yaradır.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyevin enerji diplomatiyası: Azərbaycan-BƏƏ strateji tərəfdaşlığında yeni mərhələ - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə
-
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir













