ABŞ-nin İrandakı hərbi əməliyyatının xərcləri 100 milyard dollara çata bilər
Amerika Birləşmiş Ştatları İranda hərbi əməliyyatların aparılması üçün 80-100 milyard dollar civarında maliyyə vəsaiti sərf edə bilər ki, bu da Pentaqonun rəsmi elan etdiyi rəqəmdən təqribən üç dəfə çoxdur.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu məlumatı ABŞ müdafiə qurumunun daxili hesabatlarına bələd olan mənbələrə əsaslanaraq NBC telekanalı yayımlayıb.
Məlumatına görə, ABŞ-nin maliyyə məsələləri üzrə müdafiə nazirinin səlahiyyətlərini icra edən Culs Herst iyulun 14-də keçirilən Senat dinləmələrində qeyd edib ki, Yaxın Şərq regionunda zədələnmiş bazaların bərpası istisna olmaqla, ABŞ-nin İran əməliyyatı üçün xərcləri 30 milyard dollar həcmində hesablanır. Qeyd olunan rəqəmə hərbi sursat ehtiyatlarının yenilənməsi xərcləri də əlavə edilib. Bununla belə, Herst aydınlaşdırıb ki, həmin proqnozlar bir neçə ay öncəyə aiddir və hazırda onda daha yeni statistika mövcud deyil.
Pentaqonun daxili hesablamalarına əsasən, bazaların bərpa edilməsi, itirilmiş hava gəmilərinin yeniləri ilə əvəzlənməsi və silah arsenalının tamamlanması fonunda hərbi hərəkətlərin ümumi dəyəri 80-100 milyard dollara kimi yüksələ bilər. Bildirilir ki, yalnız ABŞ-nin Bəhreyndə yerləşən hərbi bazalarının təmiri təxminən bir milyard dollar tələb edəcək.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı













