Rusiyada gecə ərzində 243 Ukrayna PUA-sı məhv edilib
Far.Az xəbər saytı

Rusiyada gecə ərzində 243 Ukrayna PUA-sı məhv edilib


Rusiya Müdafiə Nazirliyi iyulun 17-nə keçən gecə ölkə ərazisinə yönələn Ukraynaya məxsus 243 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

Far.Az xəbər verir ki, pilotsuz aparatların bir hissəsi Qara və Azov dənizləri üzərində, digərləri isə Krım, Stavropol və Krasnodar diyarları, həmçinin Voronej, Rostov, Belqorod, Tula, Kaluqa, Smolensk, Bryansk, Oryol və Kursk vilayətləri üzərində zərərsizləşdirilib.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, bölgənin beş rayonunda PUA hücumlarının qarşısı alınıb. Onun sözlərinə görə, hadisələr nəticəsində xəsarət alan və ya infrastrukturun zədələnməsi ilə bağlı məlumat daxil olmayıb.

Qubernator əlavə edib ki, bölgədə pilotsuz uçuş aparatları ilə bağlı təhlükə rejimi hələ də qüvvədə qalır.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib
Azov dənizində gəmiyə PUA hücumu zamanı yaralanan Azərbaycan vətəndaşları vəziyyətlərindən danışdılar
Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər