Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Ukraynanın yeni Nazirlər Kabinetində baş nazir müavinlərinin sayı dörddən üçə azalıb, iri qurumların bölünməsi nəticəsində isə nazirliklərin sayı 15-dən 17-yə çatıb.
"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Y.Sviridenkonun hökumətinin istefa verdiyi vaxt orada baş nazirin 4 müavini və 15 nazirliyə rəhbərlik edən 12 nazir (o cümlədən səlahiyyətləri icra edən iki şəxs) var idi. Beləliklə, baş nazirlə birlikdə hökumət 17 üzvdən ibarət olub.
Ali Rada iyulun 16-da yeni Baş nazir Sergey Koretskinin təqdimatı ilə Ukrayna hökumətinin yeni tərkibini bir qədər dəyişdirilmiş konfiqurasiyada təsdiq edib.
Belə ki, indiki hökumətdə baş nazirin 3 müavini (onlardan biri birinci) və 17 nazirliyə rəhbərlik edəcək 15 nazir olacaq. Beləliklə, müdafiə naziri və xarici işlər naziri təyin edildikdən sonra baş nazirlə birlikdə Nazirlər Kabineti hökumətin 19 üzvündən ibarət olacaq.
Nazirliklərin sayının bu cür artması İqtisadiyyat, Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin növbəti dəfə İqtisadiyyat və Ətraf Mühit Nazirliyinə, eləcə də Aqrar Siyasət və Ərzaq Nazirliyinə bölünməsi ilə əlaqədardır.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır"
-
Quzu əti niyə fərqli qiymətlərə satılır
-
Tərtərdə ağır qəza: Sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti çıxarıldı
-
UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib
-
Rəşad Sadıqov: "Torpedo" ilə qarşılaşmaq istəmirdik"













