Hindistanda leysan yağışları 19 nəfərin ölümünə səbəb olub
Hindistanın şimalında leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 19 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "NDTV" telekanalı məlumat yayıb.
Məlumata görə, Cammu və Kəşmir ittifaq ərazisində təbii fəlakət nəticəsində 11 nəfər ölüb. Güclü yağışlar Punç və Racuri sərhəd dairələrində torpaq sürüşmələrinə və selə səbəb olub. Bir neçə nəfər itkin düşmüş hesab olunur, onların axtarış-xilasetmə əməliyyatı davam edir.
Məcrasından çıxan çaylar alçaq əraziləri su altında qoyub. Punç şəhərində onlarla avtomobil sel suları ilə aparılıb, çoxsaylı nəqliyyat vasitələri isə hələ də su altında qalıb.
Naqalend ştatında isə ilkin məlumata əsasən, torpaq sürüşməsi səkkiz nəfərin, o cümlədən uşaqların həyatına son qoyub. Dağıntılar altından dörd nəfərin meyiti çıxarılıb, axtarış-xilasetmə işləri davam etdirilir. Torpaq sürüşməsi nəticəsində bir neçə yaşayış evi dağılıb.
Hindistan Meteorologiya Xidmətinin proqnozuna əsasən, ölkənin şimal bölgələrində mülayim və güclü yağışların ən azı iyulun 23-dək davam edəcəyi gözlənilir. Bununla əlaqədar yerli hakimiyyət orqanları əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Oxşar xəbərlər
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib













