Peruda güclü zəlzələ nəticəsində altı nəfər ölüb
Far.Az xəbər saytı

Peruda güclü zəlzələ nəticəsində altı nəfər ölüb


Peruda 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində altı nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Nazirlər Şurasının sədri Luis Arroyo Sançes məlumat verib.

"Təəssüf ki, altı nəfər həlak olub. Biz artıq onların yaxınlarına başsağlığı vermişik, həmçinin bir neçə yaxın əraziyə baş çəkmişik", - deyə o, bildirib.

Hökumət rəhbərinin məlumatına görə, zəlzələ nəticəsində 250-dən çox evə ziyan dəyib, 48 bina isə tamamilə dağılıb.

Peru Geofizika İnstitutunun məlumatına əsasən, 5,1 bal gücündə zəlzələ şənbə günü yerli vaxtla axşam saatlarında ölkənin mərkəzi hissəsində yerləşən Xunin departamentində, Çupaka şəhərindən 7 kilometr cənubda baş verib. Zəlzələnin ocağı 24 kilometr dərinlikdə yerləşib.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər