Zelenski Ukraynanın ali hərbi rəhbərliyi ilə görüşlər keçirir
Far.Az xəbər saytı

Zelenski Ukraynanın ali hərbi rəhbərliyi ilə görüşlər keçirir


Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin ali hərbi rəhbərliyi ilə intensiv danışıqlar aparır.

"Report" xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə bildirib.

Qeyd olunub ki, Ukrayna prezidenti iyulun 19-da və 20-də Baş Qərargah rəisinin müavini Vladimir Qorbatyukla iki dəfə görüşüb. Həmçinin onun Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Mixail Drapatı, Ukrayna Quru Qoşunlarının "Şərq" operativ komandanlığının 3-cü ordu korpusunun komandiri Andrey Biletski və Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının komandanı Oleq Apostol ilə də görüşdüyü bildirilir.

Ukrayna mediasının məlumatına görə, Zelenskinin görüşləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə sabiq müdafiə naziri Mixail Fyodorov arasındakı və ölkədə bir sıra etiraz aksiyalarına səbəb olan münaqişə fonunda keçirilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Sırskinin vəzifəsindən azad edilməsi barədə məlumatı təkzib edib.

"İnformasiya məkanında, xüsusən də sosial şəbəkələrdə və bəzi medialarda Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Aleksandr Sırskinin guya vəzifəsindən azad edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil", - Baş Qərargahdan vurğulanıb.

Həmçinin bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı və Baş Qərargah rəisinin vəzifədən azad edilməsi müstəsna olaraq ölkə prezidentinin fərmanı əsasında həyata keçirilir.

Daha əvvəl "Financial Times" nəşri mənbələrə istinadən xəbər vermişdi ki, Zelenski guya Ukrayna Silahlı Qüvvələrinin baş komandanını vəzifədən azad etmək imkanını nəzərdən keçirir.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər