TOI: Livan ordusu ölkənin cənubundakı yaşayış məntəqələrinə yerləşdirilir
Far.Az xəbər saytı

TOI: Livan ordusu ölkənin cənubundakı yaşayış məntəqələrinə yerləşdirilir


İsrail qoşunları çıxarılandan sonra Livanın hökumət qüvvələri bu ölkənin cənubundakı yaşayış məntəqələrinə yerləşdirilir.

"Far.Az" xəbər verir ki, bu barədə "The Times of Israel" (TOI) qəzeti ABŞ Dövlət Departamentinin bəyanatına istinadən məlumat yayıb.

Sənədə əsasən, əməliyyatlar İsraillə çərçivə müqaviləsinə uyğun olaraq, Livan üzrə Hərbi Koordinasiya Qrupunun (MCG4L) himayəsi altında Frun, Srifa və Zəhrət əl-Qərbiyyə yaşayış məntəqələrində başlayıb.

Dövlət Departamenti pilot zonalarda əməliyyatların başlaması dedikdə konkret olaraq nəyin nəzərdə tutulduğunu dəqiqləşdirməyib, lakin nəşrin iddiasına görə, söhbət Livan silahlı qüvvələrinin üç yaşayış məntəqəsində yerləşdirilməsindən gedir.

"Bu mərhələ ötən həftə Romada İsrail və Livan arasında baş tutan müzakirələrin birbaşa nəticəsidir. ABŞ çərçivə sazişinin şərtlərinin uğurla həyata keçirilməsi üçün hər iki tərəflə sıx əməkdaşlıq etməyə davam edəcək", - bəyanatda bildirilib.

Xatırladaq ki, İsrail ötən ay Livanla əldə edilmiş saziş çərçivəsində qoşunlarını ikinci pilot zonadan çıxarmağa razılaşıb, lakin prosesə başlanılmayıb. İsrail Müdafiə Ordusundan bildirilib ki, siyasi rəhbərlikdən müvafiq göstəriş verilməyib.

Bu məsələ İsrail və Livan arasındakı danışıqları çətinləşdirib. Beyrut Romadakı danışıqları boykot etməklə hədələyirdi, lakin Vaşinqton İsrail qoşunlarının çıxarılması məsələsində irəliləyişin əldə olunacağına əmin edərək Livan tərəfini dialoqda iştirak etməyə inandıra bilib.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər