Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 9 %-ə yaxın artıb
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 25 lisenziya verib.
"Far.Az"un yerli bürosunun məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 % çoxdur.
Bundan başqa, 6 ay ərzində Naxçıvanda müvafiq qurumlarının verdiyi 3 258 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 77,2 min manat vəsait daxil olub.
Hesabat dövründə Muxtar Respublikada yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 141 layihə icra olunub. Bu layihələrdən 30-u yeni yaradılma, 111-i isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 36-sı yaradılma və 52-si genişləndirmə olmaqla, ümumilikdə 88 layihənin icrası davam etdirilib.
Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına həyata keçirilib. İcra olunan 141 layihədən 122-si Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıb.
Oxşar xəbərlər
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağ rayonunda vulkan püskürüb
-
Qaradağda vulkan püskürüb
-
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
-
Prezident: "Xəzər dənizində "yaşıl enerji" ilə bağlı 160 giqavatlıq potensialımız var"
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Mənzil bazarında domino effekti: Sumqayıtda bahalaşmanın SİRRİ













