Azərbaycanda 1-3 yaşlı 24 mindən çox körpə bağçaya gedir
Far.Az xəbər saytı

Azərbaycanda 1-3 yaşlı 24 mindən çox körpə bağçaya gedir


Azərbaycanda 24 mindən çox 1-3 yaşlı körpə bağçaya gedir.

Far.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, ümumilikdə 1-3 yaş aralığında olan 24 427 körpə Elm və Təhsil Nazirliyinin tabeliyində olan 1 803 körpələr evi və körpələr evi–uşaq bağçasına təlim-tərbiyə prosesindədir.

Bundan başqa, 3 yaşdan yuxarı 88 993 şəxs isə 1 799 körpələr evi və körpələr evi–uşaq bağçasında təhsil alır.

Qeyd edək ki, 2025-2026-cı tədris ilində ölkə üzrə 107 348 uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Xankəndi, Ağdam və Xocalıda təhsil müəssisələrində ilk dəfə tədris prosesinə başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər