Rusiyanın hava hücumu nəticəsində Xarkovda iki nəfər həlak olub
Far.Az xəbər saytı

Rusiyanın hava hücumu nəticəsində Xarkovda iki nəfər həlak olub


Rusiya Silahlı Qüvvələrinə məxsus dronun mülki avtomobilə zərbə endirməsi nəticəsində Ukraynanın Xarkov vilayətinin Derqaçi icmasında iki qadın həlak olub.

"Report" xəbər verir ki, bu barədə Derqaçi Şəhər Hərbi Administrasiyasının rəisi Vyaçeslav Zadorenko "Telegram" kanalında məlumat yayıb.

"Çərşənbə axşamı, saat 18:50 radələrində (Bakı vaxtı ilə 19:50) Rusiya Silahlı Qüvvələri Rusiya Lozova yaşayış məntəqəsində hərəkətdə olan mülki avtomobilə FPV-dronla zərbə endirib. Avtomobildə olan hər iki qadın sərnişin həlak olub", – o yazıb.

Zadorenko avtomobilin sürücüsünün sağ qaldığını bildirib, lakin onun vəziyyəti ilə bağlı əlavə məlumat verməyib.

Oxşar xəbərlər

Qərbi Azərbaycan İcmasında özbək və qırğız yazıçılarla görüş keçirilib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Naxçıvanda məktəb yaxınlığına düşən dronun qalıqları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər