Çempionlar Liqası: "Sabah" ilk oyunda "KuPS"a qalib gəlib
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Sabah" "KuPS"a (Finlandiya) qalib gəlib.
Far.Az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" 1:0 hesablı qələbəyə seviniblər.
Qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.
Qeyd edək ki, tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.
***20:45
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" - "KuPS" (Finlandiya) oyununda ilk qol vurulub.
Far.Az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" hesabı açıblar - 1:0.
45-ci dəqiqədə Velko Simiç fərqlənib.
***20:00
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sabah" - "KuPS" qarşılaşması start götürüb.
Far.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən görüşü polşalı hakim Lukaş Kuzma idarə edir.
***19:10
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda qarşılaşacaq "Sabah" və Finlandiyanın "KuPS" komandalarının start heyətləri açıqlanıb.
Far.Az xəbər verir ki, komandalar saat 20:00-da "Bank Respublika Arena"da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 13. İvan Lepinitsa, 11. Kahim Perris, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka.
Baş məşqçi: Valdas Dambrauskas.
"KuPS": 1. Yohannes Kraydl, 4. Kasim Nuhu, 25. Klinton Antvi, 28. Brahim Maqassa, 29. Akseli Puukko, 8. Petteri Pennanen, 10. Valentin Qask, 9. Qustavo Enqvall, 16. Tommi Yuryu, 24. Bob Arma, 20. Pyotr Pajişek.
Baş məşqçi: Miika Nuutinen.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Sabah" ilk oyunda "KuPS"a qalib gəlib - YENİLƏNİB-3
Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5
UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
DÇ-2026: Ən çox qolu kim vurub?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
ABŞ ordusu İrana aviazərbələr endirib
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"













