İtkin düşmüş suriyalıların taleyi BMT-də müzakirə edilib
Far.Az xəbər saytı

İtkin düşmüş suriyalıların taleyi BMT-də müzakirə edilib


Suriyanın milli institutları, o cümlədən keçid dövrü və itkin şəxslər üzrə milli komissiyaları ilk dəfə BMT formatında təmsil edilib.

"Report" xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının "Suriyada Keçid Dövrü Ədaləti və İtkin Düşmüş Şəxslər" mövzusundakı Arria formatlı ( BMT TŞ üzvlərinə ekspertlər, qeyri-hökumət təşkilatları (QHT) və ya digər maraqlı tərəflərlə birbaşa dialoq aparmağa imkan verən xüsusi toplantı növü) iclasında 125 mindən çox itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsi müzakirə olunub.

Həmçinin Suriya xalqı üçün ədalət və bərpa proseslərinin təmin edilməsi yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, suriyalıların rəhbərlik etdiyi və sahib olduğu keçid dövrü ədalət prosesi dəstəklənib.

Oxşar xəbərlər

QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər