ADY: Yarım ildə hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb
Bu ilin yanvar-iyun aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılması halı qeydə alınıb.
"Far.Az" bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, baş verən hadisələr nəticəsində qatarlara maddi ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi təhdid altında qalıb. Bu kimi qanunazidd əməlləri həyata keçirən şəxslər hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək qanunvericiliyə müvafiq qaydada məsuliyyətə cəlb olunur.
"Yetkinlik yaşına çatmayanların bu cür hərəkətlər törətdiyi hallarda isə onların valideynləri və ya qanuni nümayəndələri qanunvericilikdə müəyyən edilmiş məsuliyyəti daşıyırlar", - QSC bildirir.
ADY valideynlərə müraciət edərək xahiş edir ki, övladlarını bu cür təhlükəli hərəkətlərdən uzaq tutsunlar və onlarla dəmir yolu ətrafında təhlükəsiz davranış qaydaları barədə maarifləndirici söhbətlər aparsınlar.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanlı məşhurlar övladlarını sosial şəbəkələrdən necə qoruyurlar?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













