Aİ Yunanıstanın təkidi ilə Rusiya LNG-sinin daşınmasını yeni sanksiyalar paketindən xaric edib
Avropa İttifaqı (Aİ) blok ölkələri arasında uzun sürən mübahisələrdən sonra Avropa operatorlarına məxsus tankerlərlə Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) daşınmasına dair qadağanın Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə daxil edilməsindən imtina edib.
"Far.Az"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa Komissiyasının yüksək rütbəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Rusiya LNG-sinin üçüncü ölkələrə daşınmasına dair məhdudiyyətlərin müzakirəsi danışıqların ən mürəkkəb elementlərindən biri olub. Bundan əvvəl bir sıra dövlətlər, ilk növbədə Yunanıstan qadağanın Rusiya ixracından daha çox Avropanın gəmiçilik şirkətlərinə zərər vuracağından ehtiyat edərək ona qarşı çıxıb.
"Biz belə qənaətə gəldik ki, bu qadağa tətbiq olunacağı təqdirdə, Avropa operatorlarına məxsus gəmilər mövcud maliyyə və lizinq mexanizmləri vasitəsilə çox tez bir zamanda Çin şirkətlərinin nəzarətinə keçə bilər. Nəticədə Rusiya axınlarına hər hansı ciddi təsir göstərməyəcək bir qadağa tətbiq edilmiş olar", - nümayəndə bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
İş adamı Zirə sakininin atasından qalma 12 hektar torpağını əlindən alıb?
-
Bakıda dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
-
ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərini aradan qaldıra bilər
-
Hüquqşünas alimə cinayət işi açıldı
-
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub













