Qurban Qurbanov: "Həm nəticədən, həm də oyundan razı qaldım"
Far.Az xəbər saytı

Qurban Qurbanov: "Həm nəticədən, həm də oyundan razı qaldım"


Həm nəticədən, həm də oyundan razı qaldım.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"a qarşı Misli Premyer Liqasının XII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis maraqlı mübarizəyə görə hər iki komandanın futbolçularına təşəkkür edib:

"Həqiqətən çox maraqlı qarşılaşmaya şahidlik etdik. Bu cür oyunların sayı çox olsa, məncə futbolçuların hazırlıq səviyyəsi daha da yüksələr. Bu gün Tovuz şəhər stadionunda möhtəşəm ab-hava var idi. Düşünürəm ki, stadionda olan insanlar hər iki komandaya azarkeşlik edirdilər. Onlar maraqlı görüşə şahid olurdular. Bizim üçün vacib matç idi. Qalib gəlmək istəyirdik. Bununla belə 1 xalı aktivimizə yazdırdıq. Həm nəticədən, həm də oyundan razı qaldım".

Qeyd edək ki, XII turun görüşündə "Qarabağ" səfərdə "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
"Turan"ın 70 yaşlı təsisçisi: "Klubun tarixi adını geri qaytarmaq olar" - MÜSAHİBƏ
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Premyer Liqa: "Turan Tovuz" - "Qarabağ" görüşündə qalib müəyyənləşməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər