Azərbaycana qida idxal edən şirkət maliyyə vəziyyətini açıqlayıb
"Merano-Baku" ASC 2025-ci ili 3,541 milyon manat xalis mənfəətlə başa vurub.
"Far.Az" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 82,6 % çoxdur.
Ötən il "Merano-Baku"nun vergiyəqədərki mənfəəti 4,426 milyon manat (əvvəlki ilə nisbətən 11,4 % çox), mənfəət vergisi ödəmələri 885 min manat (11,5 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Merano-Baku"nun aktivləri 20,153 milyon manat olub ki, bu da illik müqayisədə 14 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 1,8 % azalaraq 14,301 milyon manata düşüb, balans kapitalı isə 87,9 % artaraq 5,852 milyon manata çatıb.
Xatırladaq ki, "Merano-Baku" 2016-ci ildə yaradılıb, Azərbaycana qida məhsullarının idxalı ilə məşğuldur. Onun nizamnamə kapitalı 100 min manatdır. Şirkətin səhmləri 100 % Namiq Əsgərova məxsusdur.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Azərenerji"nin xalis mənfəəti 26 %-dən çox azalıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
"Aston Villa" "Çelsi"nin cinah hücumçusu Alexandro Qarnaçonun transfer edib
-
"Neftçi"nin baş məşqçisi Siyasət Əsgərov: "PAOK-la oyuna maksimum nəticə üçün çıxacağıq"
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
"Azərsun Holdinq" və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK













