"Əl-Hilal" "Bavariya"nın vingeri Luis Diasla transfer danışıqlarına başlayıb
Far.Az xəbər saytı

"Əl-Hilal" "Bavariya"nın vingeri Luis Diasla transfer danışıqlarına başlayıb


Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Bavariya"nın (Almaniya) vingeri Luis Diasla danışıqlar aparır.

"Far.Az"un xarici mediaya istinadən məlumatına görə, klub kolumbiyalı oyunçuya vergilər çıxıldıqdan sonra ildə təqribən 25 milyon avro maaş təklif edib.

Rəhbərliyin 29 yaşlı futbolçu ilə razılığa gələnədək Münxen təmsilçisinə rəsmi müraciət ünvanlamayacağı bildirilib.

"Əl-Hilal"ın yay transfer pəncərəsi üçün ümumi büdcəsi 350 milyon avrodan çoxdur. Vinger keçidə müsbət cavab verəcəyi təqdirdə, onun üçün 105 milyon avrodan 132 milyon avroyadək məbləğ ödəniləcək.

Oxşar xəbərlər

FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər