Venesuelada hava limanına ildırım düşüb, doqquz nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Venesuelada hava limanına ildırım düşüb, doqquz nəfər xəsarət alıb


Venesuelanın Valensiya şəhərindəki hava limanına ildırım düşməsi nəticəsində doqquz nəfər xəsarət alıb.

"Far.Az" "El Universal" qəzetinə istinadən xəbər verir ki, hadisə güclü tropik leysan zamanı yaşanıb.

İldırım uçuş-enmə zolağına bitişik yaşıl zonaya düşüb. Xəsarət alanlar arasında Milli Qvardiyanın dörd hərbi qulluqçusu və xidmət şirkətlərinin beş əməkdaşı var.

Onların hamısına tibbi yardı göstərilib. Xəsarət alanların vəziyyəti sabit qiymətləndirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Goranboyda yaşayış binasında uçqun zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər