Susuz qalan Bakıxanov sakinlərindən İLGİNC İTTİHAM: "Öz məhəlləsinə verir, bizə gəlib çatmır"
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Abdulla Abdullayev küçəsi, 99 ünvanında yaşayan sakinlər uzun müddətdir su problemi ilə üz-üzə qaldıqlarını bildirirlər.
Onların sözlərinə görə, ərazidə su təchizatı təxminən 10 aydır normal şəkildə həyata keçirilmir.
Baku TV-nin məlumatına görə, son bir ay ərzində isə mənzillərə ümumiyyətlə su gəlmir.
Sakinlər iddia edirlər ki, bəzi şəxslərin xəttə qeyri-qanuni qoşulması nəticəsində təzyiq aşağı düşüb. Buna görə də su xəttin aşağı hissəsində yerləşən evlərə çatmır.
"Yay fəslində vəziyyət daha da ağırlaşır. Evdə azyaşlı uşaq, xəstə və yaşlı insanlar var. Sayğacımıza pul yükləyirik, amma su gəlmir. Məcbur qalıb pulla su alırıq", - deyə sakinlərdən biri qeyd edib.
Şikayətçilərdən biri deyib ki, nasosxanaya nəzarət edən şəxs suyu özünün yaşadığı məhəlləyə daha çox verir, digər hissə isə susuz qalır.
Mövcud problem və iddialarla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, məsələ ilə bağlı Sabunçu Sukanal İdarəsi məlumatlıdır:
"Bu gün əraziyə baxış keçirilərək araşdırma aparılıb və aidiyyəti üzrə işlər görüləcək".
Oxşar xəbərlər
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Zaqatala sakinləri sel səbəbindən içməli susuz qalıb
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
-
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
-
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
-
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
-
Əraqçi Ukraynanı İranın ticarət gəmisinə hücumda ittiham etdi
-
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı













