Quterreş Şimpali Kipr və Kipr prezidentlərini görüşdürəcək
Far.Az xəbər saytı

Quterreş Şimpali Kipr və Kipr prezidentlərini görüşdürəcək


BMT-nin Baş katibi Antonio Quterreş bu gün qurumun yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyəti ilə Şimali Kiprə səfər edəcək.

"Far.Az" Şimali Kiprin İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, səfər 3 gün davam edəcək.

Antonio Quterreşin Şimali Kiprin Prezidenti Tufan Erhürman və Kipr prezidenti Nikos Xristodulidis ilə ayrı-ayrılıqda görüşləri planlaşdırılıb.

Qeyd edilib ki, BMT-nin Baş katibi çərşənbə günü liderləri Lefkoşadakı bufer zonasında BMT-nin Xoşməramlı Missiyasının ofisində bir araya gətirəcək. Üçtərəfli görüşdən sonra Baş katibin mətbuat konfransı keçirməsi planlaşdırılır.

Məlumatda həmçinin vurğulanıb ki, bu səfər vəzifədə olan BMT Baş katibinin təxminən 16 ildən sonra Kiprə ilk səfəri kimi tarixə düşəcək.

Səfər zamanı Quterreşi BMT-nin Siyasi və Sülh Quruculuğu Məsələləri üzrə Baş katibinin müavini Rozmari Dikarlo, Sülhməramlı Əməliyyatlar üzrə Baş katibinin müavini Jan-Pyer Lakrua və Kipr üzrə şəxsi nümayəndəsi Mariya Anxela Holquin müşayiət edəcək.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər