Küləkli havada baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Küləkli havada baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb


Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan 1961-ci il təvəllüdlü qadın və 1998-ci təvəllüdlü kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunublar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Far.Az-ə verilən məlumata görə, aparılan müayinələr nəticəsində qadın pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.

Digər psiyentə sol pəncənin 3-cü barmagın kəsilmiş yarası diaqnozu müəyyən edilib. Yara birincili işlənib və aseptic sarğı qoyulub.

Pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar. Onlara ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

"Vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamaq, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamaq tövsiyə olunur", - deyə məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Bakıda güclü külək səbəbindən 5 nəfər təcili yardıma müraciət edib - YENİLƏNİB-3
Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub
Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
Bakıda güclü külək 78 ağacı aşırdı, 40 ağacın budaqları qırıldı
"Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər