Börnhem Britaniyanın maraqlarına uyğun gələcəyi halda, Trampa qarşı çıxmağa hazır olduğunu bildirib
Böyük Britaniyanın yeni baş naziri Endi Börnhem Birləşmiş Krallığın maraqlarına xidmət edəcəyi hallarda ABŞ Prezidenti Donald Trampa qarşı çıxmağa hazır olduğunu bildirib.
"Report" xəbər verir ki, Börnhem bu barədə "BBC" telekanalına müsahibəsində bildirib.
O vurğulayıb ki, "həmişə Britaniyanın maraqlarını birinci yerə qoyacaq" və zəruri hesab edəcəyi təqdirdə, Trampa onun səhvlərini göstərməyə hazırdır.
"Bütün liderlər bunu etməlidir. Siz hər şeydən əvvəl öz milli maraqlarınızı qorumalısınız. Əgər siz bu işi layiqincə yerinə yetirmək istəyirsinizsə, sizdən məhz bu tələb olunur", - o bildirib.
Keçən ay baş nazir vəzifəsini tərk edən Kir Starmerin ABŞ ilə İsrailin İrana qarşı müharibəsi, immiqrasiya, energetika və texnologiyaların tənzimlənməsi ilə bağlı fikir ayrılıqlarına görə onu tənqid edən Amerika lideri ilə münasibətləri gərgin olub.
Tramp əvvəlcə Starmerin xələfini "həddindən artıq liberal" adlandırsa da, sonradan Börnhemlə "çox yaxşı söhbət" apardığını qeyd edib.
Britaniya Baş naziri həmçinin 2029-cu ilə qədər növbədənkənar ümumi seçkilər elan etməyəcəyini bildirib.
"Mən bunu istisna edirəm. Bəli, növbədənkənar ümumi seçkilər olmayacaq. Düşünmürəm ki, insanlar bunu istəyir", - o dəqiqləşdirib.
Börnhem həmçinin NATO üzrə müttəfiqlərlə olan razılaşmalara sadiqliyini bildirib.
"Bizim ilkin vəzifəmiz müdafiə investisiyaları planının tam maliyyələşdirilməsini təmin etməkdir və gələn ilin büdcəsi formalaşana qədər məhz bunun üzərində işləməliyik", - o bildirərək əlavə edib ki, London müdafiə xərclərinin ÜDM-in 3 %-i səviyyəsində təmin edilməsi üçün tədbirlər görəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Coratda 26 yaşlı gənc dənizdə boğulub
-
Yaylaq festivalında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
-
Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarılıb
-
İƏT Pakistandakı terroru pisləyib
-
V Milli Yaylaq festivalının ikinci günü keçirilir
-
ƏSF: Elektron Auksion Portalında birbaşa satış həddinin artırılması planlaşdırılır













