Avtoqəza iştirakçıları hansı halda yerlərini tərk edə bilərlər?
Maddi zərərlə nəticələnən və xəsarət alan olmayan yol-nəqliyyat hadisələri zamanı sürücülərə yolun hərəkət hissəsini uzun müddət bağlı saxlamamaq tövsiyə olunur.
Far.Az xəbər verir ki, bununla bağlı DYP sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, belə hallarda tərəflər arasında təqsirlə bağlı mübahisə yoxdursa, hadisə barədə polisə məlumat verildikdən sonra nəqliyyat vasitələri yolun hərəkət hissəsindən kənarlaşdırılmalıdır. Qəza baş verdikdə ilk növbədə qəza işıq siqnalı yandırılmalı, qəza dayanma nişanı yerləşdirilməli və polisə məlumat verilməlidir.
Həmçinin vurğulanıb ki, avtomobillərin yolun hərəkət hissəsində saxlanılması digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur və süni tıxacların yaranmasına səbəb olur. Belə hallarda qanunvericiliyin tələblərinə uyğun şəkildə yolun boşaldılması vacibdir.
Bildirilib ki, yolun hərəkət hissəsində lüzumsuz gözləmə yeni qəzaların baş vermə riskini artırır və nəqliyyatın hərəkətini çətinləşdirir.
Sonda sürücülər məsuliyyətli olmağa çağırılıb və qeyd edilib ki, yol hərəkəti qaydalarına əməl etmək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür
-
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
-
Tramp Ağ Evin mətbuat katibi işini Rubio və Bessentə tapşırıb













